Zaqatalada 22 yaşlı qadın xlor içib

2014-05-21
Zaqatalada kimyəvi maddədən zəhərlənmə hadisəsi baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX)verilən məlumata görə, ötən gün axşam saatlarında rayonun Əliabad kənd sakini, 1992-ci il təvəllüdlü Əliyeva Rəqsanə Əziz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Rəqsanə Əliyevanın yaxınları ilə aparılan sorğu zamanı məlum olub ki, o kimyəvi maddə olan xloru meyvə şirəsi bilərək qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəqsanə Əliyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Rəqsanə Əliyevanın kimyəvi maddəni hansı məqsədlə içdiyi araşdırmalardan sonra məlum olacaq.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5