Zaqatalada yaşadığı evdə narkotik bitki becərən şəxs həbs edilib

2014-05-20
Zaqatalada yaşadığı evdə narkotik bitki becərən şəxs həbs edilib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil olunması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Əməliyyat tədbiri nəticəsində Zaqatala şəhəri, S. Kazımov küçəsi 129 ünvanında yaşayan Xəlilov Fərman Davudoviçin evinə baxış keçirilib.

Əməliyyat tədbiri zamanı Fərman Xəlilovun yaşadığı evdə 18 ədəd dibçək qablarında, xüsusi kultivasiya yolu ilə qulluq edilmiş, 18 ədəd hündürlüyü 30 sm-dən 70 sm-ə qədər olan narkotik tərkibli bitki hesab edilən çətənə kolu bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Fərman Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5