Zaqatalada ağır yol qəzası baş verib: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

2014-05-15
Zaqatalada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Məlumatına görə, hadisə may ayının 14-ü gecə saat 23:30 radələrində Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü, Zaqatala rayonu Aşağı Tala kənd sakini Azər Azad oğlu İsayev idarə etdiyi “VAZ 2106” markalı 62 BC 247 dövlət nişan nömrəli avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməlini düzgün seçmədiyindən idarəetməni itirərək maşını eyni istiqamətdə hərəkətdə olan 1993-cü il təvəllüdlü, Qax rayonu Cüdürlü kənd sakini Mahmud Bayram oğlu Məmmədovun idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu qoşqulu traktora çırpıb.

Baş vermiş qəza nəticəsində sürücü Azər İsayev, onun sərnişinləri- Zaqatala rayonu Aşağı Tala kənd sakinləri 1992-ci il təvəllüdlü Həmzə Oqtay oğlu Həmzəyev, 1994-cü il təvəllüdlü Müseyf Abdulla oğlu Şabanov, Zaqatala rayonu Donbabinə kənd sakini 1994-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Mollaçıyev və traktorun sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Rəşad Mollaçıyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Xəstəxanaya daxil olan digər yaralılardan Azər İsayevin vəziyyəti ağır, Həmzə Həmzəyev, Müseyf Şabanov və Mahmud Məmmədovun vəziyyəti isə orta-ağır hesab edilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5