Zaqatalada yeni sosial obyektlər istifadəyə verilib

2014-05-08
Zaqatala rayonun Göyəm kəndində həkim məntəqəsinin əsaslı təmirdən sonra, Əliabad qəsəbəsi ərazisində isə “Xalça evi”nin açılış mərasimləri keçirilib.

Dövlət vəsaiti hesabına əsaslı təmir edilən 8 otaqlı həkim məntəqəsində qeydiyyat otağı ilə yanaşı, peyvənd və tibb bacısının kabineti, stamotoloq və terapevtlər üçün kabinetlər fəaliyyət göstərir. Həkim məntəqəsi müasir tibbi avadanlıqla təchiz edilib. Tədbirdə vurğulanıb ki, bundan əvvəl rayonun Qandax, Makov, Mamrux, Muğanlı, Faldar, Əlibayramlı, Zilban kəndlərində də həkim məntəqələri istifadəyə verilib, yaxın gələcəkdə rayonun Əliabad, Suvagil və Danaçı kəndlərində də həkim məntəqələri inşa olunub sakinlərin ixtiyarına veriləcək.

Rayonun Əliabad qəsəbəsi ərazisində inşa edilən “Xalça evi” hər mərtəbəsi 156 kvadratmetr olmaqla ikimərtəbəlidi. “Xalça evi”ndə xalça toxunması üçün xüsusi dəzgahlar quraşdırılıb. Burada xalçadan əlavə, yataq dəstləri və digər yun məmulatlarının istehsalı da nəzərdə tutulub. Yeni istifadəyə verilən sosial obyeklərin açılış mərasimlərində Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, müvafiq təşkilat nümayəndələri və yerli sakinlər iştirak ediblər.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5