Zaqatalada yaşayış evinə basqın olub

2014-05-01
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə mayın 1-ri gecə Zaqatalanın Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1938-ci il təvəllüdlü Cuma Əhmədovun yaşadığı evə girən maskalı şəxs ev sahibini hədələyərək evdə olan 1200 manat pulu götürərək gedib.

C. Əhmədov hadisə ilə bağlı dərhal polisə məlumat verib.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5