Zaqatalanın bir neçə kəndinə dolu yağıb

2014-04-25
Zaqatalanın bir-neçə kəndinə dolu yağıb. Məlumata görə, aprel ayının 24-ü gecə saat 22:30 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Rayon ərazisində iki saat ərzində şimşək çaxıb, yağış yağıb, rayonun Aşağı Tala, Yuxarı Tala, Muxax, Çobankol və Gözbarax kəndlərinə dolu düşüb. Hava şəraiti ilə əlaqədar gecə saatlarında rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranıb. Dolu daha çox Muxax, Çobankol və Gözbaraq kəndlərinə düşüb. Bu kəndlərin sakinlərinin verdiyi məlumata görə, gecə saatlarında yağan güclü dolu diametrinə görə böyük olub.

Zaqatala rayon İcra Hakimiyyətinin Çobankol və Gözbaraq kəndləri üzrə inzibati icra nümayəndəliklərindən bildirilib ki, dolu nəticəsində kənd təsərrüfatına ziyan dəyib. Gecə saatlarında kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5