Zaqatalada yanğın hadisəsi baş verib

2014-04-17
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın rayonunun Çökək yaşayış massivində Müslümov Məhəmməd Oruc oğluna məxsus ümumi sahəsi 110 kv. m olan, kürsülü evin mətbəxində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticədə evin mətbəxinin tavan hissəsinin 5 kv. m hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı FHN-in Zaqatala rayon DYMX-də araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5