Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

2014-04-07
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaq təhvil edilməsi istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 1988-ci il təvəllüdlü, Zaqatala şəhəri F. Əmirov küçəsi ev 1 mənzil 42-də yaşayan Sabir Bəhram oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə Sabir Şirinovun üzərinə baxış zamanı 15,4 narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Sabir Şirinovunla aparılan ilkin istintaq zamanı məlum olub ki, o, narkotik vasitəni 1973-cü il təvəllüdlü, Balakən rayonu Qazma kənd sakini Mais Qarakişiyevdən alıb. Zaqatala RPŞ-ə çağırılan Mais Qarakişiyevin üzərinə baxış zamanı 15 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5