Zaqatalada 57 yaşlı qadın intihar edib

2014-04-03
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumatına görə, hadisə rayonun Makov kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü, Zaqatala rayonu Makov kənd sakini Havva Şaban qızı Arıyeva özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidən asaraq intihar edib. Havva Arıyevanın son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5