Zaqatalada avtomobil piyadanı vurub

2014-04-02
Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində baş verib. Bakı şəhər sakini, hazırda Muxax kəndində müvəqqəti kirayədə yaşayan Yavər İlyas oğlu Kərimi idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən, yolun kənarı ilə hərəkət edən piyada - 1965-ci il təvəllüdlü, rayonun Muxax kənd sakini Yusif Cəbrayıl oğlu Əliyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Yusif Əliyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Zaqatala MRX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Yusif Əliyevin hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.




Son Xəbərlər:

| 1 | 2 | 3 | 4 | 5