Zaqatala Olimpiya İdman Kompleksi

2013-08-19
Zaqatala Olimpiya İdman Kompleksi — Zaqatalada olimpiya idman qurğusu. 12 aprel 2006-cı il tarixdən istifadəyə verilib. Kompleksin inşaat işlərinə 2004-cü ilin əvvəlində başlanmışdır. Birinci korpusda inzibati bina, ikinci korpusda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan idman salonu, üçüncü korpusda isə 350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Məşq salonları, yeməkxana və xidmət otaqları da vardır. Gələcəkdə kompleksin həyətində idmançıların qalması və istirahət etməsi üçün 16 ədəd 2 mərtəbəli kottec tikilməsi nəzərdə tutulur. Hazırda kompleksin qarşısındakı ərazidə 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintisi davam etdirilir. Bolqarıstanlı mütəxəssislərin layihəsi əsasında inşa edilən yeni stadionda futbol və digər kütləvi idman oyunlarının keçirilməsi üçün meydançalar, habelə xidməti otaqlar olacaqdır. Gələcəkdə idman kompleksinin ərazisində 3 mərtəbəli mehmanxana binasının və tennis kortlarının tikintisi də nəzərdə tutulur.



İdman: