Stadion

2013-08-19
Sahəsi: 2,3 hektar Tamaşaçı tutumu: 3500 nəfər Meydança tipi: süni Ölçüləri: 105x68 metr Sifarişçi: “General Constructions” Layihə müəllifi: “Dynamic Resorse” (Bolqarıstan) Baş podratçı: «Xəzər» Gənclərin Elmi–Texniki Yaradıcılıq Mərkəzi Ehtiyat meydança: 1 ədəd Tipi: təbii Tablo: elektron/rəngli Ünvanı: Zaqatala şəhəri, Sülh küçəsi, 2. Çoxfunksiyalı stadion Zaqatala şəhərinin Qaladüzü ərazisində 2,3 hektar sahədə, tam yararsız vəziyyətə düşmüş keçmiş şəhər stadionunun yerində tikilmişdir. Stadionun işçi layihə sənədləri “General Constuctions” şirkətinin sifarişi ilə Bolqarıstanın “Dyanamic Resorse” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. İnşaat işləri baş podratçı Xəzər Gənclərin Elmi–Texniki Yaradıcılıq Mərkəzi tərəfindən yerinə yetirilmişdir. Yerli və xarici subpodratçı şirkətlərin də iştirak etdikləri tikinti işlərinə 2006–cı ildə başlanılmış və 2008–ci ilin avqustunda başa çatdırılmışdır. Kompleksin tikintisinə 10 milyon manat vəsait xərclənmişdir. Çox da böyük olmayan ərazidə UEFA–nın tələblərinə uyğun olaraq, beynəlxalq səviyyəli oyunların keçirilməsi üçün 3500 yerlik, o cümlədən xüsusi qonaqlar üçün 181 yerlik birtərəfli tribunalar, ölçüləri 105×68 metr olan süni örtüklü əsas oyun, təbii örtüklü məşq meydançaları, müasir işıqlandırma qurğuları, elektron suvarma sistemləri, drenaj, yüngül atletika üçün qaçış yolları, elektron məlumat tablosu, əlillər üçün rampa və sanitariya qovşağı, biletlərin satış kassaları və yanğınsöndürmə maşınları üçün meydança, 300 kubmetrlik ehtiyat su anbarı, nasosxana və fərdi qazanxana tikilib istifadəyə verilmişdir. Kompleksin birinci mərtəbəsi yalnız komandalar, həkimlər və məşqçilər üçün nəzərdə tutulmuşdur. Burada hər bir komanda üçün soyunub–geyinmə otaqları, sanitariya qovşaqları, masaj, həkim otaqları, dopinq laboratoriyası və jurnalistlər üçün otaq vardır. İkinci mərtəbədə internet–kafe, bar, xüsusi qonaqlar üçün kafe, üçüncü mərtəbədə isə jurnalistlər üçün lojalar, şərhçi otaqları yerləşir.



İdman: